İtaliyada ev pişikləri kütləvi şəkildə yoxa çıxır

Dünən, 09:34           
İtaliyada ev pişikləri kütləvi şəkildə yoxa çıxır
İtaliyada heyvansevərlər ölkə üzrə ev pişiklərin kütləvi şəkildə yoxa çıxması ilə bağlı həyəcan təbili çalmağa başlayıblar.

32gun.az yazır ki, heyvanların Müdafiəsi üzrə Milli Təşkilatın (ENPA) bölmə rəhbəri Mariya Roza Inkandela bildirib ki, bu hadisələr hər il Xellouin bayramı ərəfəsində təkrarlanır və heyvanların ayin xarakterli qurban edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, bayramdan əvvəlki həftələrdə pişiklərin tutulması bir növ rituala çevrilib və bu işi hətta pul müqabilində kənar şəxslər də icra edə bilər.

Təşkilat rəhbəri COVID-19 pandemiyasından əvvəl Çitta-di-Kastello ərazisində yandırılmış pişik qalıqları əsasında bir sektanın aşkar edildiyini xatırladaraq şübhələrin əsassız olmadığını vurğulayıb. Son hadisələrdə şahidlərin diqqətini tünd rəngli avtomobil çəkib: maşından enən bir qadının pişiyi tutaraq avtomobilə saldığı görülsə də, nəqliyyat vasitəsinin qeydiyyat nişanını təsbit etmək mümkün olmayıb.

İnkandela qeyd edib ki, əvvəlki illərdə əsasən ağ və qara pişiklərin ovuna çıxılırdısa, indi xallı-zolaqlı pişiklər də hədəfə çevrilib və artıq 20-yə yaxın heyvan itkin düşüb. Təhlükə altında olanların ilk növbədə ev pişikləri olduğunu bildirən fəal, onların küçə pişikləri ilə müqayisədə daha mehriban və insanlarla asanlıqla təmasa girən xarakterdə olduqlarını diqqətə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]