ABŞ İrana yenidən hücuma hazırlaşır: İsrail iş başında

Dünən, 00:06           
ABŞ İrana yenidən hücuma hazırlaşır:
“Tramp seçkilərdən sonra İrana quru hücumu həyata keçirəcək”.

Tribuna.az xəbər verir ki, bunu amerikalı jurnalist Dominik Mişel Tripi deyib.
Onun sözlərinə görə, Tramp bu addımı “itirəcək heç bir şeyinin olmadığını” hiss etdiyi üçün atmağı planlaşdırır.

ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli isə bəyan edib ki, ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq siyasətini davam etdirilməlidir. “Bu müharibəni bitirməyin yeganə yolu maksimum təzyiqi davam etdirməkdir”.
Lakin “Israel Hayom” nəşri İsrailin də bekar oturmadığını vurğulayıb. Nəşr bildirib ki, İsrail Müdafiə Qüvvələri ABŞ-nin mümkün müdaxiləsindən asılı olmayaraq İrana qarşı növbəti hərbi əməliyyata hazırlaşır. “İsrail ordusu müstəqil fəaliyyət üçün ehtiyat planlarını qüvvədə saxlayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]