Rusiyanı dərhal tərk edin! – ABŞ xəbərdarlıq etdi

7-10-2026, 15:18           
Rusiyanı dərhal tərk edin! – ABŞ xəbərdarlıq etdi
ABŞ Rusiya ərazisində olan vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə çağırış edib.

Tribuna.az Globalinfo-ya istinadla xəbər verir ki, buna səbəb İrkutsk vilayətində ağciyər taununa yoluxma ilə bağlı mümkün hadisənin qeydə alınmasıdır.

Xəbərdarlıq Rusiyadakı ABŞ səfirliyi tərəfindən yayımlanıb.

“ABŞ səfirliyi İrkutsk vilayətində insan ölümünə səbəb olan ağciyər taununa şübhəli hal, həmçinin bununla əlaqədar tətbiq edilən karantin tədbirləri və İrkutskdakı xəstəxanaların bağlanması barədə məlumatlıdır. ABŞ Dövlət Departamentinin Rusiya ilə bağlı 4-cü səviyyəli səyahət xəbərdarlığı («Səyahət etməyin») qüvvədə qalır. Bu xəbərdarlığa əsasən, hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tərk etməlidirlər”, – deyə bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]