Putin 20 illik qubernatoru vəzifəsindən azad etdi

14-02-2020, 00:09           
Putin 20 illik qubernatoru vəzifəsindən azad etdi
Rusiya Prezidenti Vladimir Putin Kaluqa vilayətinin qubernatoru Anatoli Artamonovun istefasını qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Qeyd edilib ki, Artamonov öz istəyi ilə vəzifəsindən gedib. Onun yerinə müvəqqəti olaraq Şapşa Vladislav təyin edilib. Qeyd edək ki, yeni qubernatorun seçilməsi ilə bağlı səsvermə sentyabrın 13-də keçiriləcək.

Xatırladaq ki, Artamonov 2000-ci ildən Kaluqa vilayətinin qubernatorudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]