İranın daha üç fiziki və bir hüquqi şəxsinə sanksiya tətbiq edilə bilər

19-11-2018, 21:59           
İranın daha üç fiziki və bir hüquqi şəxsinə sanksiya tətbiq edilə bilər
Danimarkada başlayan qalmaqal səbəbindən İranın daha üç fiziki və bir hüquqi şəxsi sanksiyalar siyahısına salına bilər.

Bu barədə Brüsseldə Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirləri arasında keçirilən görüşün nəticələrini şərh edən Çex Respublikasının xarici işlər naziri Tomas Petrşiçek bildirib.

“Danimarkadakı məsələ ilə bağlı mümkün tədbirləri müzakirə etdik. Siyahıya bir hüquqi və iki fiziki şəxs salına bilər. Bu məsələyə ümumi dəstək ifadə edildi”, – deyən nazir məhz kimin nəzərdə tutulduğunu qeyd etməyib.

Xatırladaq ki, Danimarkada “Ettelaat” tərəfindən sui-qəsd hazırlanması barədə Kəşfiyyat və Təhlükəsizlik Xidməti başçısı bəyanat yaymışdı. Buna etiraz olaraq Danimarka səfiri İran XİN-ə çağırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]