Soyuq havalarda sürücülərə xəbərdarlıq: Maşını işə salmazdan əvvəl bu hissələri yoxlayın

17-11-2026, 15:44           
Soyuq havalarda sürücülərə xəbərdarlıq:
Havaların soyuması ilə küçə heyvanları isinmək üçün avtomobillərin mühərrik hissəsinə, təkər boşluqlarına və digər qapalı yerlərinə sığına bilərlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib.

Nazirlik avtomobili hərəkətə gətirməzdən əvvəl mühərrik hissəsinin, təkərlərin ətrafının və avtomobilin alt hissəsinin diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb.

DİN-dən bildirilib ki, sadə bir diqqət və ehtiyat tədbiri küçə heyvanlarını təhlükədən qoruya, onların həyatını xilas edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]