Bir göz əlaməti infarkt və korluq təhlükəsindən xəbər verə bilər

16-11-2026, 16:24           
Bir göz əlaməti infarkt və korluq təhlükəsindən xəbər verə bilər
Alimlər yüksək xolesterol səviyyəsi ilə əlaqəli, görmə itkisinə və hətta korluğa səbəb ola bilən təhlükəli göz əlamətinə diqqət çəkiblər. Mütəxəssislər bildirirlər ki, bu simptom aşkarlandıqda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Moderator.az "u-news.com.ua" saytına istinadən xəbər verir ki, Nyu-York Dövlət Universitetinin tədqiqatında Hollenhorst lövhəsi adlanan bu vəziyyətin təhlükələri araşdırılıb.

Hollenhorst lövhəsi gözün tor qişasını qanla təmin edən kiçik arteriyalarda yaranan xolesterol mənşəli tıxanmadır. Bu lövhələr qan dövranını pozaraq görmə qabiliyyətinin qəfil zəifləməsinə, bəzi hallarda isə görmənin tam itirilməsinə səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, yüksək xolesterol damarların daralmasına və tıxanmasına şərait yaradır. Bu isə yalnız gözlər üçün deyil, həm də infarkt və insult riski baxımından təhlükəlidir.

Tədqiqatçılar Hollenhorst lövhəsini ciddi və potensial olaraq korluğa səbəb ola bilən əlamətlərdən biri kimi qiymətləndirirlər. Belə bir lövhə aşkarlandıqda dərhal tibbi müayinədən keçmək vacibdir.

Qeyd edək ki, qəfil görmə itkisi təcili tibbi müdaxilə tələb edən vəziyyətdir. Bu əlaməti gözləyərək keçməsini gözləmək olmaz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]