"Nvidia"nın keçmiş baş direktorunun üçüncü məşuqəsi də üzə çıxdı

13-11-2026, 12:54           
"Nvidia"nın keçmiş baş direktorunun üçüncü məşuqəsi də üzə çıxdı
Amerikanın "Nvidia" şirkətinin sabiq baş direktoru Censen Huanqın şirkətin daha bir əməkdaşı ilə gizli münasibətdə olduğu məlum olub.

Bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Jurnalistlər sözügedən qadının adını açıqlamayıblar və onunla əlaqə saxlamaq mümkün olmayıb. Bu, Huanqın son günlərdə mətbuata sızan sayca üçüncü nikahdankənar münasibətidir.

Xatırladaq ki, noyabrın əvvəlində qrafik prosessor istehsalçısı "Nvidia" Censen Huanqa qarşı Çinin ehtimal olunan casusluq əməliyyatı barədə yayılan məlumatlardan sonra müstəqil araşdırmaya başlamışdı. Buna səbəb onun ABŞ xüsusi xidmət orqanları tərəfindən Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən sahibkar Elis Huanqla romantik münasibətlərinə dair dərc olunan xəbərlər olmuşdu.

Noyabrın 12-nə keçən gecə isə Huanqın həyat yoldaşına daha bir xəyanəti ifşa edilib. "The New York Times" nəşrinin məlumatına görə, o, 48 yaşlı müavini ilə eşq macərası yaşayıb. Onlar mart ayında "Nvidia" konfransının keçirildiyi San-Xose şəhərindəki otellərdən birində birlikdə yaxalanıblar.

Bu qalmaqallardan sonra "Nvidia" Censen Huanqın istefa verdiyini elan edib. Baş direktor vəzifəsinin müvəqqəti icrası şirkətin maliyyə direktoru Kolett Kressə həvalə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]