Alimlər qəhvənin bağırsaq mikrobiotası və beyinlə əlaqəsini araşdırıblar
10-11-2026, 08:34

Alimlər qəhvənin həzm sistemi ilə beyin arasındakı ikitərəfli əlaqə mexanizmi olan "mikrobiota-bağırsak-beyin oxu" üzərindəki bioloji rolunu ətraflı şəkildə tədqiq ediblər.
Kork Universitetindən professor Con Krayanın (John Cryan) rəhbərliyi ilə aparılan araşdırmada qəhvə istehlakının bağırsaq bakteriyaları ilə sinir sistemi arasındakı mürəkkəb qarşılıqlı təsirə necə təsir göstərdiyi üzə çıxarılıb.
Tədqiqat çərçivəsində gün ərzində orta hesabla 3–5 fincan qəhvə içən 31 nəfər müntəzəm istifadəçi ilə ümumiyyətlə qəhvə içməyən 31 iştirakçı ətraflı psixoloji qiymətləndirmə və bioloji analizlərə cəlb olunub. Araşdırmanın birinci mərhələsində müntəzəm qəhvə içənlərdən iki həftə ərzində bu içkidən tamamilə imtina etmələri istənilib və bu müddətdə toplanan sidik və nəcis nümunələri göstərib ki, qəhvəni saxlayan şəxslərin bağırsaq metabolit profilində heç qəhvə içməyənlərlə müqayisədə kəskin dəyişikliklər baş verib.
İki həftəlik məhdudiyyətdən sonra iştirakçılara tərkibi açıqlanmadan (kor test üsulu ilə) kofeinli və ya kofeinsiz qəhvə təqdim edilib. Qəhvəni rasionlarına bərpa edən hər iki qrupda hiss edilən stres, depressiya və impulsivlik göstəricilərində nəzərəçarpan azalma qeydə alınıb. Lakin tədqiqatın en diqqətçəkən məqamı idrak funksiyalarının ölçülməsində ortaya çıxıb: öyrənmə qabiliyyəti və yaddaşın yaxşılaşması yalnız kofeinsiz qəhvə içənlərdə müşahid olunub ki, bu da zehni proseslərdə kofeindən başqa polifenol kimi zəngin antioksidant birləşmələrin əsas rol oynadığını göstərib. Kofeinli qəhvə isə zehni oyanıqlığı və diqqət müddətini artırmaqla yanaşı, təşviş hissini azaltmaqda və orqanizmdə iltihab riskini aşağı salmaqda ön plana çıxıb.
Biokimyəvi analizlər qəhvə istehlakının bağırsaqlarda faydalı bakteriya populyasiyasını birbaşa dəstəklədiyini sübut edib. Qəhvə qəbulu ilə mədədə turşu balansını tənzimləyən Eggertella sp. və öd turşusu hasilatında iştirak edən Cryptobacterium curtum bakteriyalarının payında artım qeydə alınıb. Bu iki bakterial fəaliyyətin həzm sistemində zərərli patogenlərin və ehtimal olunan infeksiyaların məskunlaşmasını çətinləşdirən qoruyucu mühit yaratdığı müəyyən edilib. Bundan əlavə, qadınlarda müsbət emosional vəziyyətlə əlaqələndirilən geniş Firmicutes bakteriya qrupunun səviyyəsində də yüksəliş müşahid olunub.
Əldə olunan nəticələr göstərir ki, qəhvə sadəcə zehni oyandıran içki deyil, bağırsaq bakteriyaları, metabolizm və emosional vəziyyətlə birbaşa qarşılıqlı əlaqədə olan güclü qida mənbəyidir. Professor Krayan bildirib ki, qəhvə sadəcə kofein mənbəyi deyil, mikroblarımız, metabolizmirimiz və hətta emosional sağlamlığımızla daim qarşılıqlı əlaqədə olan mürəkkəb bir qidalanma faktorudur və istər kofeinli, istərsə də kofeinsiz olsun, qəhvə mikrobiom balansını dəyişərək insan sağlamlığını fərqli, lakin bir-birini tamamlayan yollarla dəstəkləyir.

