QURBANOVUN VƏZIFƏLİ QOHUMU NİYƏ BIÇAQLANIB? - Şok təfərrüatlar

Bu gün, 00:13           
QURBANOVUN VƏZIFƏLİ QOHUMU NİYƏ BIÇAQLANIB? - Şok təfərrüatlar
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub.

TEREF Oxu.az-a istinadla xəbər verir ki, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balayev bir müddət əvvəl direktor müavininin otağına gələrək əməkdaşların yanında onu təhqir edib. Bildirilir ki, təhqirlərə baxmayaraq direktor müavini onu işdən çıxarmayıb.

Bu gün səhər saatlarında isə Orxan Ənvərli maşından düşdüyü anda Elçin Balayevin hücumuna məruz qalıb. İkinci bıçaq zərbəsini vurmaq istəyərkən xəstəxananın mühafizəsi bunun qarşısını alıb.

Hazırda bıçaqlanan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]