Detallar bəlli oldu: Mübariz Mənsimovun gəmisi necə vurulub? – VİDEO

6-10-2026, 00:09           
Detallar bəlli oldu: Mübariz Mənsimovun gəmisi necə vurulub? – VİDEO
Mübariz Mənsimova məxsus, Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royad Məmmədov” yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə – idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın cəsədini xilas etmək mümkün olmayıb. Aşpazın meyiti zərbə alan və sonradan batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digərləri ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Məlumata görə, “Palmali” Şirkətlər Qrupunun rəhbərliyi hazırda hadisə yerindədir.

***16:46

Bu gün Rusiya tərəfdən hücuma məruz qalan “Royad Məmmədov” gəmisi Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsusdur.

TEREF Axar.az-a istinadən xəbər verir ki, şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib.

Qeyd edək ki, Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2020-ci il noyabrın 8-də şəhid olub.

***16:26

Rumıniyanın ərazi sularının hüdudlarından kənarda “Royad Mammadov” gəmisində baş verən yanğın nəticəsində iki nəfərin öldüyü bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin dərc etdiyi məlumatda qeyd olunur.

***15:37

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.

Rumıniya rəsmilərinin məlumatına görə, gəminin 11 ekipaj üzvü xilas edilib, iki nəfər isə həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]