Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - Fotolar

6-10-2026, 00:04           
Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - Fotolar
Dünyanın ən bahalı yaxtalarının qiymətləri açıqlanıb.

AzFakt.com xəbər verir ki, siyahıda milyarderlər və tanınmış şəxslərlə əlaqələndirilən, dəyəri yüz milyonlarla dollarla ölçülən yaxtalar yer alıb.

Siyahıda Roman Abramoviçlə əlaqələndirilən “Eclipse” yaxtasının dəyəri 700 milyon dollar göstərilib. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın “Serene” yaxtası 550 milyon dollar, Sergey Brinin “Dragonfly”nın isə 450 milyon dollar qiyməti var.

Ceff Bezosun üç dirəkli yelkənli yaxtası “Koru”nun təxmini dəyəri 500 milyon dollar təşkil edir. Usmanov ailəsinin trastı ilə əlaqələndirilən “Dilbar”ın isə 800 milyon dollar olduğu qeyd olunub.

Siyahıda həmçinin Stiven Spilberqin “Seven Seas” yaxtası 250 milyon dollar, “Azzam” 605 milyon dollar, Devid Cefenin “Rising Sun” yaxtası 590 milyon dollar və Qeyb Nyuellin “Leviathan”ı 500 milyon dollar qiymətləndirilib.

Sonuncu yaxta isə Rusiya Prezidenti Vladimir Putinə aid olduğu deyilən “Scheherazade”dir. Yaxtanın təxmini dəyərinin 700 milyon dollar olduğu bildirilib.























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]