Nədən bu, hicab və sair səbəblə hay-həşirlər yalnız, Azərbaycan üzərindədi?
5-10-2026, 12:37

Bu sual vacib aydınlıq istəyir...
İstanbulda Azərbaycandakı ümumi məktəbli forması qərarına, buradan məktəblilərə hicab qadağasına qarşı etiraz aksiyası keçirilib. Bu aksiyalar xəbərlərə görə, İranda da başlayıb. Bununla əlaqədar, bir kiçik müqayisəli sorğu araşdırma apardım, digər türk dövlətləri üzrə.
Rəsmi nəticə.
Orta Asiya ölkələrində təhsil müəssisələrinin dünyəvi statusu həm, vahid geyim üçün ciddi tələblər səbəbi ilə ümumtəhsil məktəblərində hicab geyimi dövlət səviyyəsində qadağandır.
🇵🇼 Qazaxıstan: Qadağandır.
Təhsil Nazirliyinin məcburi məktəb forması qaydalarına əsasən, məktəb divarları daxilində dini geyim elementləri qadağandır. Bu qayda, qanunla həm dövlət, həm də özəl məktəblərə ciddi şəkildə şamil edilir (özəllərinsə, pozuntu hallarında lisenziyaları qanunla ləğv edə bilir).
🇺🇿 Özbəkistan: Qadağandır.
Dövlət məktəblər daxili qaydaları və vahid standartları təsdiqləyib. Özbəkistan qanuni olaraq dünyəvi dövlət olduğundan, şagirdlərə əsas məktəblərdə dini geyim (hicab da daxil olmaqla) geyinməyə icazə verilmir.
🇹🇯 Tacikistan: Qadağandır.
Bu ölkədə regionda ən sərt məhdudiyyətlər mövcuddur. Məktəblərdə və universitetlərdə hicab geyinmək dövlət təhsil nazirliyinin daxili qaydaları ilə qadağandır. Bundan əlavə, "milli mədəniyyətə yad geyimlərin" (yəni hicablar və ərəb üslublu satralar) idxalını, satışı və ictimai yerlərdə geyinilməsini qadağan edən qanun qəbul edilib.
🇰🇬 Qırğızıstan. Qadağandır.
(lakin hələ ki, tətbiq qərarı gecikir)
Ölkədə məktəbli formaları üçün vahid tələblər haqqında dövlətin qaydaları mövcuddur, lakin Qırğızıstan Təhsil və Elm Nazirliyi hələ ki, bunu məktəblərdə hicaba rəsmi qadağa qoymayıb, lakin, bu barədə artıq, tətbiq qərarı hazırlanır.
Və bu qardaş ölkələrdə: "yox, hicabla gələcəm, ya uşağımı qoymayacam hicabı çıxartsın" deyə, dövlətlə dövlətlik etmək qətiyyən ola bilməz, bu ölkələrdə bir-neçə il yaşamışam, əla tanıyıram.
Bu rəsmi faktlara baxanda təbii ki, sual yaranır. Mərkəzi Asiya dövlətləri də dünyəvi statuslu və əhalinin çoxu da müsəlman yönlüdür, onlardan 3-ü Azərbaycan kimi türk, biri isə fars ölkəsidir.
Belə halda, niyə ki, İranda, Türkiyədə Mərkəzi Asiya dövlətlərindəki hicab qadağasına etiraz yoxdur, susqunluqdur? Onlar da türk qardaşlar və müsəlman yönlü deyilmi? Nədən bu, hicab və sair səbəblə hay-həşirlər yalnız, Azərbaycan üzərindədi? Bu müdaxilələrin bir cavabı varmı?
Çox maraqlıdır ki, bu, İranın, indi də Türkiyənin radikal dindarları Azərbaycandan nə istəyirlər?Hicab, Fələstin, İsrail və sair kimi, bəhanələrlə!Azərbaycanı mütləq ki, özlərinin Əfqanıstan ya Yəmən kimi dini ekstremizm-terror poliqonuna çevirsinlər? Bunların gözü niyə Azərbaycanda? Belə düşünürəm ki, bu radikallarla sərt dirəniş lazımlı olacaq. O, 44 gündəki yanıltma nəticəli.
Ilqar Altay

