Bəşəriyyət üçün böyük təhlükə: Bütün canlıları məhv edəcək - Foto

2-10-2026, 17:24           
Bəşəriyyət üçün böyük təhlükə: Bütün canlıları məhv edəcək - Foto
"ABŞ ərazisində yerləşən Yelloustoun vulkanının potensial püskürməsi bütün bəşəriyyət üçün təhlükə yaradır. İlk növbədə Qərb yarımkürəsinin sakinləri risk altındadırlar".

Bu barədə Nevada Universitetinin geologiya professoru Filip Ruprext "RIA Novosti" agentliyinə müsahibəsində danışıb.

"Yelloustoun vulkanının genişmiqyaslı püskürməsi halında bu, bütün Qərb yarımkürəsinə, bütün planetə bir çox mənada təsir edəcək", - deyə o bildirib.

Qeyd edək ki, Yelloustoun vulkanı ABŞ-nin şimal-qərbindəki eyniadlı milli parkın ərazisində yerləşir. Sonuncu dəfə vulkan təxminən 7 000 il əvvəl püskürüb. Yelloustoun xüsusi vulkan hesab olunur, çünki nəhəng maqma kamerasının üzərində yerləşir. Milyardlarla ton lava Yer kürəsi səthinin özündədir.

Yelloustoun püskürərsə, yüzlərlə kilometr məsafədəki bütün canlılar dərhal məhv olacaq. ABŞ və Kanadanın böyük hissəsi yaşayış üçün yararsız hala düşəcək. Nəhəng toz buludları səmanı örtəcək və dünyada temperatur bir neçə dərəcə aşağı düşəcək. Bu da məhsul çatışmazlığına səbəb olacaq.

Amerikalı alim Ceykob Louensternin sözlərinə görə, Yelloustounun püskürməsinin təxmini tarixi 2100-cü il hesab olunur. Lakin bu, daha tez baş verə bilər.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]