YUMURTALAR HAQQINDA NƏ BİLİRSİNİZ?
2-10-2026, 16:54

1. Yumurtaları başıaşağı saxlamaq onların daha uzun müddət dayanmasını təmin edir. Yumurtaları soyuducuda ters çevirmək, onların daha uzun müddət saxlanmasına kömək edəcək.
Uc tərəfini kartonun içərisinə yerləşdirmək, qabığın içindəki hava ciblərinin yumurta sarısı ilə təmasa girməsinin qarşısını alaraq, köhnəlmə prosesini yavaşlatır.
2. Sürünənlərin və ya ilan və kərtənkələ kimilərin yumurtalarını yemək ümumiyyətlə tövsiyə edilmir, çünki onların yumurtaları insanlar üçün yaxşı qida mənbəyi deyil.
Quş yumurtaları ilə müqayisədə, onlar adətən yağlılığı daha yüksək, zülalı isə, daha az olur.
Bəzi sürünənlərin yumurtaları yoluxmuş zərərli bakteriya və ya parazitlər daşıya bilər.
3. Yuyulmuş yumurtalar soyuducuya qoyulmalıdır.
Toyuq yumurta qoyduqda, o yumurta floresan adlanan demək olar ki, görünməz bir örtüklə örtülü olur.
Bu örtük havanın və bakteriyaların qabığa daxil olmasının və yumurtanın vaxtından əvvəl köhnəlməsinin qarşısını alır.
Buna görə təzə toyuq yumurtaları adətən mətbəx tezgahının üzərindəki qablara və ya səbətlərə qoyulur.
Digər tərəfdən, bazar yumurtaları isə yuyulduğundan, örtüklər gedir və onları qorumaq üçün, soyuducuya ehtiyac var.
4. Yumurta sarısının rəngi çox açıq sarı və ya tünd narıncı olmalıdır.
Rəng fərqi toyuğun nə yediyindən asılıdır.
Yalnız taxıl yemi ilə qidalanan toyuqların yumurtaları sarı olur. Sərbəst gəzən, əsasən həşərat və otla qidalanan toyuqların yumurtası isə, tünd-narıncı olur.
5. Toyuqlar xoruz olmasa belə, yumurta qoya bilirlər.
Bir çox insanlar toyuqların yumurta qoyması üçün, xoruzun lazım olduğunu düşünür.
Bu gün yumurta istehsal edən toyuqların əksəriyyəti həyatlarında xoruz görməyibdir.
6. Mağazalarda adətən kiçik, orta, iri və ya daha böyük yumurta tapa bilərsiniz.
Kimsə bunun cins məsələsi olduğunu təxmin edə bilər, lakin kommersiya sektorunda adətən toyuğun yaşı hesaba alınır.
Toyuq nə qədər yaşlı olarsa, yumurtaları da bir o qədər böyük olar.
7. Yumurtanın təzəliyini yoxlamaq üçün, sudan istifadə etməklə yanaşı, təzə olub-olmadığını müəyyən etməyin başqa yolları da var:
Qabıq qeyri-adi qalın görünürsə, təzədir.
Yumurtanı qırdıqdan sonra, sarısı çox yüksək olarsa, təzə olur.
Əgər sarısında qırışlar varsa, o, köhnə yumurtadır.
8. Əgər günün 28 saat olduğunu düşünsün deyə, işıqlandırmanı dəyişdirsən, toyuq daha iri və möhkəm yumurta qoyur.
9. Yumurta gözlər üçün faydalıdır. Tərkibində katarakta və əzələ zədələnməsinin qarşısını alan lutein var.
10. Yumurta qabığının rəngini cins müəyyən edir.
Ticarət yumurtaları qəhvəyi və ya ağ olur. Bəzi cinslərin yumurtaları isə, mavi, yaşıl və ya çəhrayı ola bilər.
11. Ördək yumurtaları daha çox yağlıdır və bişirmək üçün daha yaxşıdır.
12. Qəhvəyi yumurta ağ yumurtadan daha bahalıdır, çünki yumurta qoyan toyuqlar daha böyükdür və daha çox yem tələb edir.
Есмира Шукурова

