50 illik sirr açıldı: alimlər yeni qan qrupu müəyyən etdilər

20-09-2026, 12:08           
50 illik sirr açıldı: alimlər yeni qan qrupu müəyyən etdilər
Alimlər 1972-ci ildən bəri cavabsız qalan qan qrupu sirrinin genetik səbəbini müəyyənləşdiriblər.

Bu barədə ScienceDaily Bristol Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqat nəticəsində AnWj antigeninin MAL adlı zülalla əlaqəli olduğu müəyyənləşdirilib və MAL ayrıca qan qrupu sistemi kimi təsnif edilib.

Kəşf xüsusilə son dərəcə nadir AnWj-mənfi qanı olan insanların müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. Bu, uyğun donorların tapılmasını və təhlükəli transfuziya reaksiyalarının qarşısının alınmasını asanlaşdıra bilər./Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]