Paytaxtda yol cizgisinə müdaxilə edən şəxslər məsuliyyətə cəlb olundular - VİDEO
18-09-2026, 15:18
Bakıda, Zabrat-Maştağa yolunda yol cizgisinə müdaxilə edilib.
"Xəzər" TV xəbər verir ki, vətəndaşlar kustar üsulla bunu edərək sürücülərin rahat dönməsini təmin etmək istəyiblər.
Lakin onlar nəzərə almayıblar ki, bu müdaxilə hər an qəza riski yarada bilər. Bəzi sürücülər də bunu edənləri qınayıb və vəziyyətin onları çaşdırdığını bildiriblər.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, faktı törədən şəxslər müəyyən edilib və onlar məsuliyyətə cəlb olunublar".