Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

17-09-2026, 16:18           
Alimdən qorxunc proqnoz:
"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir".

"RİA Novosti"nun verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib.

"Mən güclü püskürmələrdən daha çox süni intellektlə bağlı narahatlıq keçirərdim", - deyə o bildirib.

Geoloq qeyd edib ki, ABŞ və Asiyadakı vulkanlar irimiqyaslı püskürmələrə daha çox meyllidirlər. O, Los-Ancelesdəki Lonq-Valli vadisini və Yelloustonu supervulkanlara aid edib, həmçinin güclü püskürmələrin Alyaskada da baş verdiyini vurğulayıb.

Alim izah edib ki, əhaliyə təsir edə biləcək böyük püskürmələr qarşısında insanlar həssasdırlar. Lakin hazırda vulkanlardakı dəyişiklikləri izləməyə və püskürmələri əvvəlcədən proqnozlaşdırmağa imkan verən texnologiyalar yaradılıb.

"Süni intellekt potensial olaraq vulkanlardan daha böyük ekzistensial təhlükə yaradır", - deyə Sims əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]