Süni intellektin gələcəyi: Superintellektual sistemlər insanların sonunu gətirə bilər

16-09-2026, 12:18           
Süni intellektin gələcəyi: Superintellektual sistemlər insanların sonunu gətirə bilər
"Google DeepMind" şirkətindən ayrılan tədqiqatçı Bilal Çuqta "X" sosial platformasında paylaşım edərək bəşəriyyətin süni intellektin yarada biləcəyi qlobal təhlükələrin qarşısını almaqda gecikə biləcəyini bildirib.

Oxu.Az xəbər verir ki, ekspertin sözlərinə görə, o, "Google" daxilində süni intellektin inkişaf prosesini yaxından izləyib və bu texnologiyanın hazırkı inkişaf istiqamətindən ciddi narahatdır.

Süni intellektin optimallaşdırılması və təhlükəsizliyi sahəsində fəaliyyət göstərmiş mütəxəssis yazıb:

"Süni intellektin hər birimizi məhv etmək gücünə malik olduğuna həqiqətən inanıram... Gələcəkdə vəziyyət daha da gərginləşəcək. Ehtimal edirəm ki, yaxın illərdə bu sahədə fəaliyyət göstərən korporasiyalar bütün sahələrdə insan potensialını geridə qoyacaq superintellektual sistemlər yaradacaqlar. Həmin süni intellekt sistemlərinin bizim mənafelərimizə uyğun hərəkət edəcəyinə şübhə ilə yanaşıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]