1849-CU İLDƏ QUTQAŞENDƏ NƏ BAŞ VERİRDİ?
22-09-2026, 11:14

1885-ci ildə Tiflisdə nəşr olunan «Qafqaz toplusu»nun IX cildində 1849-cu il hadisələri haqqında maraqlı məlumatlar verilir.
Mənbəyə görə, Şeyx Şamil və Daniyel bəy Nuxa və Şamaxı qəzalarında Rusiya hakimiyyətinə qarşı çıxış hazırlamağa çalışırdılar. Bu planın təşkilində Qutqaşenin (indiki Qəbələ) də adı çəkilir.Daniyel bəy Qutqaşenin hörmətli sakinlərindən biri, Məkkədən yenicə qayıtmış Hacı-İbrahim bəy Hacı-Bala bəy oğlunu Nuxa bəyləri və din xadimləri ilə əlaqə yaratmaq üçün bu işə cəlb etmişdi. Şamil isə hadisələrin gedişini izləmək üçün Qutqaşenə öz naiblərini göndərmişdi.Planın məqsədi Nuxada Rusiya idarəçiliyinə qarşı geniş üsyan qaldırmaq və Nuxa qalasını ələ keçirmək idi. Lakin 12 avqust 1849-cu ildə sui-qəsd hakimiyyətə xəbər verildi və plan həyata keçirilmədi.
Bu məlumat Qutqaşenin XIX əsrin ortalarında bölgənin siyasi hadisələrində də müəyyən rol oynadığını göstərir.
Maraqlı sual: Hacı-İbrahim bəy kim idi? Qutqaşenin həmin dövrdəki bəyləri və nüfuzlu ailələri haqqında başqa hansı sənədlər mövcuddur?
Mənbə: Кавказский сборник, IX cild, Tiflis, 1885, VI fəsil.
Эльбрус Микаилов

