Çoxunuzun hələ də yaxşı xatırladığınız baxıcı, şairə, həkim, astroloq Cunanın (1949-2015) rəsmi ad-soyadı Yevgeniya Davitaşvilidir. Kimdən soruşsan, onun yəqin ki, milliyyətcə gürcü olduğunu deyəcək. Əslində bu məşhur xanım əslən İranlıdır. Əsl soyadı isə Sardisdir. O, 22 iyul 1949-cu ildə Rusiyada, Krasnodar vilayətinin Urmiya kəndində doğulub. Onun atası Yuvaş (Yumaş) Sardis isə İran əhli olub, ailəsi ilə birgə Kubana köçüb. Yuvaş Sardis Kubanda kazak qızı Anna ilə ailə qurub. Cunanın nənəsi də “vergili” olub, baxıcılıqla məşğul olub. Maraqlı olan budur ki, əslən İrandakı Urmiyadan olan Cuna Krasnodar vilayətinin Kurqan rayonundakı Urmiya kəndində doğulub. Yəni o, iki Urmiyanın övladıdır. Qəribədir, deyilmi? Belə-belə işlər... ("Gündəlik"dən qeydlər) Фируз Мустафа