Alimlər isti içkilərin insan sağlamlığına təhlükəsini açıqlayıblar

10-09-2026, 15:18           
Alimlər isti içkilərin insan sağlamlığına təhlükəsini açıqlayıblar
Həddindən artıq isti çay və ya qəhvə içmək qida borusu xərçənginin yaranma ehtimalını üç dəfəyə qədər artıra bilər. Böyük Britaniyadan olan təxminən bir milyon insanın iştirak etdiyi genişmiqyaslı tədqiqatdan sonra alimlər bu qənaətə gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat dərc edib.

Mütəxəssislər müəyyən ediblər ki, əsas rolu içkinin miqdarı deyil, məhz onun temperaturu oynayır. Həddindən artıq isti içkilər qəbul edən şəxslərdə yastıhüceyrəli qida borusu xərçənginə tutulma riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bununla belə, isti içkilərin adenokarsinomaya heç bir təsiri yoxdur.

Oksford Universitetinin əməkdaşı doktor Keren Papyenin rəhbərliyi ilə həyata keçirilən araşdırma 14 il davam edib. İştirakçılardan çay və ya qəhvəni necə - çox isti, isti yoxsa ilıq halda içməyi üstün tutduqları soruşulub. Məlum olub ki, hər gün altı və daha çox qaynar fincan içki qəbul etmək bu xəstəlik riskini 71% artırır.

Bundan əvvəl oxşar nəticələr Asiya, Afrika və Cənubi Amerikada da əldə edilmişdi. Ümumdünya Səhiyyə Təşkilatı hələ 2016-cı ildə hüceyrələrin termik zədələnməsi səbəbindən isti içkiləri qida borusu xərçənginin ehtimal olunan səbəblərindən biri kimi qəbul edib.

Ekspertlər içkiləri rahat içiləcək temperatura qədər soyutmağı məsləhət görürlər. "Cancer Research UK" təşkilatının nümayəndəsi Fiona Osqun sadəcə mayenin boğazı yandırmayacağı ana qədər gözləməyi tövsiyə edib. Lakin Londondan olan professor Muy-Tek Tex xəbərdarlıq edib ki, temperaturla bağlı məlumatlar subyektiv olub və bu amil yekun nəticələrə təsir göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]