1918-1922-ci illərdə Bakı şəhərinin baş memarı olan Zivər bəy Əhmədbəyov niyə intihar etdi?

15-09-2026, 17:54           
1918-1922-ci illərdə Bakı şəhərinin baş memarı olan Zivər bəy Əhmədbəyov niyə intihar etdi?
İlk ali təhsilli azərbaycanlı memar, 1918-1922-ci illərdə Bakı şəhərinin baş memarı olan Zivər bəy Əhmədbəyov niyə intihar etdi?
📌Zivər bəy Əhmədbəyov 1925-ci il fevralın 16-da səhər saatlarında tapança ilə özünə atəş açaraq həyatına qəsd edir. 1925-ci ilin mayında Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşova intiharın səbəbi ilə bağlı bunları yazır:
📌"Zivər bəyin özünə qəsd etməsinin səbəbini öyrəndim. Onu Bakıda bir neçə dəfə həbs edib, sonra buraxıblar. Axırıncı dəfə tutulanda fasilə vermədən istintaq altında saxlayıblar. O, işsiz idi. Zivər bəy bütün bu haqsızlıqlara dözməyib və özünü öldürüb. Özünə qəsd etməzdən əvvəl kiçik bir qeyd yazıb. O, "ÇK"-nın əməkdaşları Baba Əliyevə və Mircəfər Bağırova ünvanlanmış həmin kağızda cəmi bir cümlə yazıb:
“Sevinin ki, daha bir müsəlman-ziyalı sıradan çıxdı...”
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]