Xərçəngin gözardı edilən simptomları - Mütəxəssis əhəmiyyətsiz görünən əlamətlərlə bağlı xəbərdarlıq etdi

9-09-2026, 17:38           
Xərçəngin gözardı edilən simptomları -
Qan xərçəngi simptomlarını həddindən artıq yorğunluq və stresin nəticələri ilə asanlıqla qarışıq salmaq olar.

Bu barədə həkim Çun Tanq "Surrey Live" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssis qeyd edib ki, insanlar əksər hallarda onlara əhəmiyyətsiz və keçici görünən simptomları gözardı edirlər. Bu simptomlar gecə tərləmələri, dəridə qaşınma, başağrıları və ya bədəndə səbəbsiz yaranan göyərmələr ola bilər. Xəstəlik, həmçinin tez-tez başgicəllənməyə, qeyri-adi qanaxmaya, nəfəs darlığına və solğun dəriyə səbəb ola bilər.

Həkim bu cür simptomlar uzun müddət davam edərsə və tədricən artarsa, görməməzlikdən gəlməməyi tövsiyə edib. O vurğulayıb ki, qeyri-adi dəyişiklikləri yaşla və ya gərgin qrafiklə əlaqələndirmək təhlükəli ola bilər.

Mütəxəssis, həmçinin sağlamlıq vəziyyətini qida əlavələri vasitəsilə özbaşına yaxşılaşdırmağa çalışmamağı da məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]