Dolores İbarruri oğlu Ruben Ruiz İbarruri ilə birlikdə, 1941-ci ilin yayı
11-09-2026, 08:14

"Onlar keçməyəcəklər!" kimi tərcümə olunan "No Pasaran!" şüarını hamı bilir.
Bu şüar 18 iyul 1936-cı ildə İspan kommunisti Dolores İbarruri Qomez tərəfindən elan edilmişdir.
O, həmçinin məşhur bir ifadənində müəllifidir: "Diz üstə yaşamaqdansa, ayaq üstə ölmək daha yaxşıdır".
1939-cu ildə o, SSRİ-yə mühacirət etməyə məcbur oldu. Yeganə oğlu Ruben, Dolores 1935-ci ildə həbs olunanda SSRİ-yə gəlmişdi.
Ruben Lepeşinski ailəsi tərəfindən himayəyə götürülmüşdü.
Ruben müharibənin ilk günlərindən Qırmızı Orduya qoşuldu. Borisov yaxınlığındakı Berezina çayı üzərindəki körpü uğrunda döyüşdə göstərdiyi qəhrəmanlığa görə Qırmızı Bayraq ordeni ilə təltif edildi.
1942-ci ilin yayında Stalinqrad döyüşü zamanı leytenant İbarruri pulemyot rotasına komandirlik etdi. 23 avqustda leytenant İbarrurinin bölüyünə atıcı batalyonu ilə birlikdə Kotluban dəmir yolu stansiyası yaxınlığında alman tank qrupunun irəliləməsinin qarşısını almaq tapşırığı verildi.
Batalyon komandiri öldürüldükdən sonra Ruben İbarruri komandanlığı öz üzərinə götürdü və batalyonu əks-hücuma qaldırdı və bu, uğurlu oldu, düşməni geri çəkdi. Lakin leytenant İbarruri özü ağır yaralandı. O, Volqa çayının o tayındakı xəstəxanaya aparıldı və həkimlər onun həyatını xilas etməyə çalışsalarda, bu bir nəticə vermədi. 3 sentyabr 1942-ci ildə Ruben peritonitdən öldü və Orta Axtubada dəfn edildi.
22 avqust 1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Ruben İbarruriyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Onun qalıqları Orta Axtubadakı məzardan köçürüldü və Stalinqraddakı Həlak Olmuş Döyüşçülər Meydanında iki qəhrəman əsgər - artilleriyaçı X. F. Fəttyaxutdinov və pilot V. Q. Kamenşikov ilə birlikdə dəfn edildi.
O, 1956-cı ildə Qəhrəman adına layiq görülüb. Dolores İbarruri Volqoqradda oğlunun məzarını bir neçə dəfə ziyarət edib.
Məhəmməd Babayev

