BDU-da tələbələrdən pul yığılır - Şİkayət

6-10-2026, 11:24           
BDU-da tələbələrdən pul yığılır - Şİkayət
Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması narazılığa səbəb olub.

Bizimesr.info xəbər verir ki, tələbələrin iddiasına görə, BDU-nun Politologiya ixtisasında təhsil alan tələbələrdən müxtəlif məqsədlər üçün pul toplanılır.

"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik. Hər dəfə ad günlərinə pul yığılır, indi də 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı pul toplanır. İmkanı olan var, olmayan var. Kiminsə etiraz etməyə cürəti çatmır. Xahiş edirəm, paylaşın ki, hamı bundan xəbərdar olsun. Universitetlərdə özəl günlərlə bağlı tələbələrdən pul yığılmasın. Mən özüm şəxsən əsaslarla təhsil alıram və maddi baxımdan çətinlik çəkirəm", - deyə şikayətçi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]