Məktəbdə müəllimlər günü öncəsi PUL YIĞIMI İDDİASI – Səs yazısı yayıldı - VİDEO

5-10-2026, 00:08           
Məktəbdə müəllimlər günü öncəsi PUL YIĞIMI İDDİASI – Səs yazısı yayıldı - VİDEO
Elm və Təhsil Nazirliyinin məktəblərdə müəllimlər, şagirdlər və valideynlər arasında münasibətlərdə etik davranış qaydalarına ciddi əməl olunması ilə bağlı xəbərdarlığından sonra Gəncədə məktəblərdən birində pul yığılması ilə bağlı səs yazısı yayılıb.

Agentliyin direktoru Eşqi Bağırovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə ünvanladığı sənəddə məktəblərdə müəllimlərlə şagirdlər və onların valideynləri arasındakı münasibətlərdə "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

Xəbərdarlıqda xüsusi olaraq qeyd edilib ki, müəllimlərin valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyə, pul, qiymətli əşyalar və digər maddi və ya qeyri-maddi nemətlər istəməsi və ya qəbul etməsi, eləcə də bu məqsədlə hər hansı təşəbbüs göstərməsi qəti qadağandır. Belə halların qarşısının dərhal alınması tələb olunub.

Məktəb rəhbərlərinə tapşırılıb ki, müəllimlər, şagirdlər və valideynlər arasında bu tələblərlə bağlı maarifləndirmə işləri aparsınlar, qaydalara əməl olunmasına ciddi nəzarət etsinlər və hər hansı pozuntuya və ya neqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görsünlər. Lakin redaksiyamıza təqdim olunan səs yazılarından açıq aşkar görünür ki Gəncə Şəhər 22 nömrəli tam orta məktəbdə pul yığımı davam edir.

Bu hal Elm və Təhsil Nazirliyinin tapşırığını saya salmamaqdan ölkə qanunlarını məhəl qoymadan başqa bir şey deyil. Ümid edirik ki, aidiyyəti qurumlar Gəncə Şəhər 22 nömrəli tam orta məktəbdə pul yığımı ilə əlaqədar hüquqi tədbir görəcəklər. (Yurd.media)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]