Nə qədər qəribə səslənsə də, toyuq ətinin bahalaşması kasıblıq, yoxsulluq göstəricisidir.
3-10-2026, 12:32
Ölkədə toyuq ətinin qiyməti niyə artıb?! İstehsalda azalma varmı?! Statistika komitəsi hələ ki, 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb – bu dövrdə 53 min ton quş əti istehsal olunub. 2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur. Qiymət artımının bir neçə səbəbi var: 1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib, 2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü, yəni, xərci artıb, 3) Yem və dərmanların qiyməti yüksəlib, 4) Nəhayət ən vacib məsələlərdən biri – qirmızı ət, yəmi, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır. Nə qədər qəribə səslənsə də, toyuq ətinin bahalaşması kasıblıq, yoxsulluq göstəricisidir. Bəli, rəsmi rəqəmlərə görə əhali ay ərzində xərclədiyi hər 100 manatın yarısını, 50 manatını ərzağa xərcləyirsə, deməli kasıbdır... Natig Jafarli TEREF