BEA: "Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək"

3-10-2026, 11:34           
BEA: "Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək"
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib.

"Fevralın 28-də ABŞ-İran münaqişəsi başlayandan bəri dünya enerji bazarları prinsipcə yeni mərhələyə qədəm qoyub. Dünya dizel yanacağı baxımından son dərəcə çətin dövrdən keçir. Onun qiyməti elə səviyyəyə çatıb ki, yaxın perspektivdə qaçılmaz olaraq bütün dünyada inflyasiya təzyiqini gücləndirəcək", - o deyib.

BEA rəhbəri həmçinin xatırladıb ki, İran münaqişəsinin ilkin mərhələsində o, enerji bazarlarındakı vəziyyəti "ən böyük böhran" kimi xarakterizə edib.

"Hazırda neft kotirovkaları bir barel üçün təxminən 100 dollar səviyyəsindədir, bu da kifayət qədər yüksəkdir. Lakin əsas əhəmiyyət kəsb edən xam neftin dəyəri deyil, onun emalı məhsullarının, ilk növbədə, dizel yanacağının qiymətidir. Yaxın zamanda bu ən çox müzakirə olunan mövzulardan birinə çevriləcək", - Birol vurğulayıb.

Son xəbərlər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]