Şirkətlər “Bank VTB Azərbaycan”dan PULLARINI GERİ ÇƏKİR - 7 milyon manatdan çox...

30-01-2024, 11:11           
Şirkətlər “Bank VTB Azərbaycan”dan PULLARINI GERİ ÇƏKİR - 7 milyon manatdan çox...
"Bank VTB Azərbaycan” ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 89 milyon 351 min manat olub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, "Bank VTB Azərbaycan” ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 2022-ci il ilə müqayisədə 5 milyon 500 min manat, yaxud da 5,7% azdır.

2023-cü ildə fiziki şəxslərin depozitləri 65 milyon 305 min manat olub, bu isə illik müqayisədə 1 milyon 512 min manat, yaxud da 2,3% çoxdur.

Hesabat dövründə hüquqi şəxslərin depozitləri 24 milyon 045 min manat olub, bu isə 2022-ci illə müqayisədə 7 milyon 013 yaxud da 22,5% azdır.

Xatırladaq ki, "Bank VTB Azərbaycan” ASC 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 296 min manat, yaxud da 10,9% azdır.

"Bank VTB Azərbaycan” gəlirləri 2023-cü ildə 34 milyon 972 min manat təşkil edib, bu, 2022-ci illə müqayisədə 4 milyon 258 min manat (10,9%) azdır.

Bu il yanvarın 1-nə "Bank VTB Azərbaycan”ın aktivləri 249,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8% çoxdur. Bunun 163,761 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]