Gürcüstandan Azərbaycana rekord həddə avtomobil ixrac edilib - VİDEO

23-01-2024, 15:04           
Gürcüstandan Azərbaycana rekord həddə avtomobil ixrac edilib - VİDEO
2023-cü ildə Gürcüstandan Azərbaycana dəyəri yarım milyard dollara yaxın olan 22 mindən artıq avtomobil ixrac edilib.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyib ki, avtomobillərin dəyərinin artmasının bir sıra səbəbləri var.

Əsas səbəb ötən ildən Azərbaycana idxal olunan avtomobillərin istehsal ili ilə bağlı məhdudiyyətlərin tətbiqinə başlanmasıdır.

Ekspert bildirib ki, idxal olunan avtomobillərin əsas hissəsini benzin və dizel mühərrikli nəqliyyat vasitələri təşkil edib. Bununla belə, ekoloji təmiz nəqliyyat vasitələrinə tələb də artmaqdadır.
Qeyd edək ki, tam elektrik mühərrikli avtomobillərə, həmçinin istehsal tarixi üç ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı zamanı gömrük və vergi güzəştləri tətbiq edilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]