Azərbaycandan bu məhsulların ixracı kəskin artdı

22-01-2024, 16:28           
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Azərbaycanın qeyri-neft ixracatı 2023-cü ilin 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 10.5 faiz artaraq 3.033 milyard dollara çatıb. Qeyri-enerji ixaracatının 33.1 faizi Rusiyanın, 24.0 faizi Türkiyənin, 9.9 faizi Gürcüstanın, 5.1 faizi İsveçrənin, 3 faizi Qazaxıstanın, 2.5 faizi Türkmənistanın, 2.4 faizi Ukraynanın, 2 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb.

Bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu dövrdə bir sıra qeyri-neft məhsullarının ixracatında artım qeydə alınıb:

“Belə ki, meyvə ixracı 22 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artıb.

Bütün bunlarla yanaşı bəzi ixrac məhsullarımızda azalma qeydə alınıb. Həmin dövrdə kartof ixracı 9 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalıb.

Göründüyü kimi, çay və tütün ixracatında daha kəskin azalma qeydə alınıb. Bu məhsulların ixracatında azalma 60 faiz üstündədir”.

Millət vəkili xatırladıb ki, qeyri-neft ixracatının artırılması və ixracatın strukturunun şaxələndirilməsi iqtisadi prioritetlər sırasındadır:

“Bu baxımdan iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması 2024-cü ilin də əsas iqtisadi hədəflərindədir”.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]