Rubl martda “ən acınacaqlı eniş”ini yaşadı

1-04-2020, 02:59           
Rubl martda “ən acınacaqlı eniş”ini yaşadı
Moskva birjasının göstəricilərinə əsasən, rubl bu ilin martında 2015-ci ildən bu günə qədər ən acınacaqlı enişini yaşayıb.

Axar.az RİA-ya istinadla xəbər verir ki, 2015-ci il yanvar ayı ilə müqayisədə rubl dollar qarşısında 14,7 faiz dəyər itirib.

Qeyd edək ki, 2015-ci ildə rubl dollara nisbətən 18,7 faiz ucuzlaşmışdı.

Bu ilin mart ayında rubl avroya nisbətən 14.7 faiz ucuzlaşıb.

Ümumilikdə bu ilin birinci rübü ərzində rubl dollara nisbətdə 20.9, avroya nisbətdə 17.9 faiz dəyər itirib.

Moskva birjasında günün sonuna dollar daha 95 qəpik bahalaşaraq 78.37 rubla, avro isə 1.12 rubl qalxaraq 86.50 rubla çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]