ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır

27-09-2026, 12:34           
ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər.

Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlət səfəri və ABŞ lideri Donald Trampla görüşlərinin yekunlarına dair Ağ Evin dərc etdiyi sənədlərdə qeyd olunub.

"Dövlətlər "superintellekt"lə bağlı risklər və üstünlüklər barədə fikir mübadiləsi aparmaq üçün ABŞ və Çin arasında dialoq qurublar. Növbəti fikir mübadiləsi ən geci 2026-cı ilin noyabrında baş tutacaq. Həmçinin ABŞ və Çin "superintellekt"lə bağlı insidentlər üzrə ikitərəfli əlaqə kanalının yaradılmasına razılaşıblar", - deyə dərc olunan materiallarda bildirilir.

Ağ Evin sənədlərində, həmçinin ABŞ və Çin liderlərinin müvafiq yeni texnologiyaları ifadə etmək üçün "süni intellekt" deyil, "superintellekt" terminindən istifadə edilməsi barədə razılığa gəldikləri vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]