Fidel Kastronun BMT Baş Assambleyasının iclasında ən qısa çıxışı
27-09-2026, 09:34
26 sentyabr 1960-cı il, BMT Baş Assambleyasının iclasında Fidel Kastro 4 saat 29 dəqiqə ərzində çıxış edir. “Qarət fəlsəfəsi yoxa çıxanda müharibə fəlsəfəsi də yox olacaq” adlı bu çıxış BMT-də ən uzun çıxış kimi Ginnesin rekordlar kitabına düşüb. Məhz bu marafondan sonra BMT rəhbərliyi liderlərin çıxış müddətinə nəzarət barədə düşünməyə başladı. Nəticədə çıxışlar üçün 15 dəqiqəlik tövsiyə limiti tətbiq edildi və tribunada xəbərdarlıq lampaları quraşdırıldı. BMT-nin suverenliyə hörmət prinsipinə görə heç bir liderin mikrofonunu zorla söndürmək olmazdı, buna görə də hər şey natiqlərin şəxsi intizamına qalırdı. Bu limit dəfələrlə pozulub. Məsələn, Qəddafi bir dəfə 1,5 saat, Tramp 1 saata yaxın çıxış edib. 2000-ci ilin sentyabrında keçirilən BMT-nin Minilliyin Sammitində natiqlərə cəmi 5 dəqiqə vaxt verilmişdi. Kastro lampasının yanıb-söndüyünü görəndə cibindən dəsmal çıxarıb lampanın üstünə atdı. Zalda kimsə buna güldü, kimsə alqışladı. Amma komandante bu dəfə çox uzatmadı, cəmi 7 dəqiqəyə yekunlaşdırdı. Yadigar Sadıqlı TEREF