Moskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı

26-09-2026, 11:44           
Moskva İrəvanın müraciətini yetərli saymadı:
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb.

Bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrində aşkar edilmiş pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədləri təqdim etməyib.

"Rosselxoznadzor"a Ermənistan tərəfinin balıq və süd məhsullarının istehsalı zamanı aşkar edilmiş pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədlər təqdim edilməyib. Ermənistanın inspeksiya orqanından yalnız zəmanətlər və müraciətlər daxil olub. Məhdudiyyətlərin aradan qaldırılması üçün bu kifayət deyil", - deyə rəsmi məlumatda bildirilib.

Bundan əvvəl Rusiya tərəfi aşkar edilmiş pozuntular səbəbindən Ermənistandan müxtəlif məhsulların idxalını məhdudlaşdırıb. Müvəqqəti qadağalara mineral su, alkoqollu içkilər, eləcə də tərəvəz və meyvələr də daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]