Sikorski bir başa Rusiya nümayəndə heyətinə müraciət etdi: "Sergey, rəhbərinə de: bəsdir" VİDEO

25-09-2026, 09:34           
Sikorski bir başa Rusiya nümayəndə heyətinə müraciət etdi:
Sikorskidən qızıl kimi sözlər...
"Sergey, rəhbərinə de: bəsdir". Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiya nümayəndə heyətinə birbaşa müraciət edərək, onlara Rusiya, Polşa, Avropa və NATO arasındakı iqtisadi imkanlardakı fərqləri xatırladıb.
"Siz 12 ildən çoxdur ki, Donbası, dörd ildən çoxdur ki, Kiyevi ələ keçirməyə çalışırsınız. Sizi ÜDM-i Rusiyanın onda biri qədər olan bir ölkə - qəhrəman Ukrayna dayandırdı.
Amma Polşanın ÜDM-i demək olar ki, sizinkinin yarısıdır. Avropanın ÜDM-i Rusiyanınkından 10 dəfə böyükdür. NATO-nun ÜDM-i isə 25 dəfə böyükdür.
Hələ də çox insanı öldürə bilərsiniz, amma qalib gələ bilməzsiniz. Bu imperialist müharibəni istənilən vaxt dayandıra bilərsiniz. Avropanı və dünyanı daha da təhlükəyə atmayın. Rusiyanın gələcəyini məhv etməyi dayandırın."
Dadash Ahmadli













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]