Trampdan Moskvaya reverans - ABŞ Putini G20 sammitinə dəvət etdi

24-09-2026, 10:24           
Trampdan Moskvaya reverans - ABŞ Putini G20 sammitinə dəvət etdi
ABŞ Rusiya Prezidenti Vladimir Putini dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.

“Biz Prezident Putini G20 sammitinə dəvət etmişik. Hesab edirik ki, bu, onun təkcə Prezidentlə deyil, digər dünya liderləri ilə də ünsiyyət qurması üçün imkandır. Ümid edirik ki, o, dəvəti qəbul edəcək”, – Rubio bildirib.

Qeyd edək ki, sentyabrın 12-də Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda ABŞ-da keçiriləcək G20 sammiti çərçivəsində Putinlə görüşmək istədiyini açıqlayıb. O, görüşdə hansı məsələləri müzakirə etmək istədiyini açıqlamayıb və əsas məsələnin görüşün nəticələri olduğunu bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putin və Zelenski arasında G20 sammiti çərçivəsində görüşün mümkün olmadığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]