Xamenei xalqa müraciət etdi

23-09-2026, 00:10           
Xamenei xalqa müraciət etdi
“Dünya sisteminin, xüsusilə ABŞ hökuməti və İsrailin hərbi hücumlarının tüğyan etdiyi bir dövrdə, təqva və əxlaqla birləşən bilikdən doğan güc təcavüzkarların əllərini bəşəriyyətdən kəsmək üçün polad sipər və iti qılıncdır”.

Tribuna.az xəbər verir ki, bu barədə İranda yeni tədris ili ilə əlaqədar ölkənin Ali Rəhbəri Müctəba Xameneinin müraciətində yer alıb.

Müraciətdə yeni tədris ilində məktəblərə qədəm qoyan gənclərə və tələbələrə xüsusi çağırış olunub:

“İndiki şagirdlər bir qədər əvvəl həmin məktəb partalarında əyləşən, indi isə vətənin və şərəfin müdafiəsi uğrunda müxtəlif cəbhələrdə izzət və iqtidar yaradan nəsillərin yolunu davam etdirirlər. Həmin qəhrəmanlar və onlardan əvvəl eyni sinif otaqlarında əyləşərək ölkənin əzəmət simvoluna çevrilən fədakar şəxsiyyətlər gənclər üçün əbədi mayak və örnək olacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]