Tramp Səudiyyə Ərəbistanı ilə birlikdə husilərə qarşı hava hücumu əmrini ləğv etdi...-"The New York Times"

21-09-2026, 10:07           
Tramp Səudiyyə Ərəbistanı ilə birlikdə husilərə qarşı hava hücumu əmrini ləğv etdi...-"The New York Times"
Bazar günü, 20 sentyabrda ABŞ prezidenti Donald Tramp, əvvəllər Pentaqona hava hücumlarına hazırlıq göstərişinə baxmayaraq, Yəməndə İran tərəfindən dəstəklənən husilərə qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə zərbə endirməmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti administrasiya rəsmilərinə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi əvvəllər Trampı münaqişəyə müdaxilə etməyə çağırmış və bu da Amerika prezidentini əməliyyata hazırlıq əmri verməyə vadar etmişdi. Lakin bazar günü günortadan sonra Tramp qərarını yenidən ləğv edərək əməliyyatı dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]