Zaxarova sevindi: “İrəvan liderdir!” – Bakı siyahıda YOXDUR

21-09-2026, 09:28           
Zaxarova sevindi: “İrəvan liderdir!” – Bakı siyahıda YOXDUR
İrəvan Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə xaricdəki ən fəal seçki məntəqələri sırasında yer alıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vesti” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, seçici fəallığı baxımından xaricdəki seçki məntəqələri arasında İrəvanla yanaşı Belqrad, Kipr, Kişinyov, Pxenyan, Pxuket və Qazaxıstan da ön sıralarda qərarlaşıb.
“Ən fəal seçki məntəqələri sırasında İrəvan, Belqrad, Kipr, Kişinyov, Pxenyan, Pxuket və Qazaxıstan lider olub”, – Zaxarova deyib.

Diplomat bu il xaricdə yaşayan Rusiya vətəndaşlarının seçkilərdə iştirak səviyyəsinin “son dərəcə yüksək” olduğunu bildirib.

Rusiyada Dövlət Dumasının IX çağırış deputatlarının seçkiləri sentyabrın 18-də başlayıb. Eyni zamanda ölkədə digər regional və bələdiyyə seçkiləri də keçirilir.

2026-cı ilin vahid səsvermə günü çərçivəsində ümumilikdə təxminən 20,7 min deputat mandatının və seçkili vəzifənin tutulması nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]