Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək

21-09-2026, 08:44           
Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək
Kremlə bağlı siyasi ekspertlər gün ərzində Ukraynanın Moskvanın yanacaq və neftayırma zavodlarına raket və dron hücumlarını iki səbəblə izah ediblər. Birincisi, guya Kiyevin məqsədi Rusiyada Dövlət Dumasına keçirilən seçkiləri pozmaq olub. İkincisi, Kiyev guya bu hücumlarla Qərbdən daha çox maliyyə almağa çalışır.
Avropa İttifaqı onsuz da Ukraynaya maliyyə yardımını kəsmir, çünki Brüssel Ukraynanın Rusiyaya məğlub olmasını istəmir. O ki qaldı, Dövlət Dumasına seçkilərə, SSRİ diktatoru Stalinin məşhur kəlamı Kreml üçün bu gün də keçərlidir: “Vətəndaşların necə səs vermələrinin əhəmiyyəti yoxdur, əsas bu səslərin necə sayılmasıdır”. Yəni Ukraynanın gün ərzində Moskvanı raket və dron atəşinə tutmasının Rusiyada parlament seçkilərinin nəticələrinə zərrə qədər təsiri yoxdur. Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək. Bu isə o deməkdir ki, Rusiya cəmiyyətinin önəmli hissəsi hələ də Putinin Ukraynaya qarşı savaşını dəstəkləyir. Bu həmin kəsimdir ki, sorğularda milyonlarla insanın qətlinə səbəb olan Stalini “böyük lider” adlandırırlar.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]