SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

19-09-2026, 10:48           
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib
İran istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə tam hazırdır.

"Report" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi bildirib.

"Biz düşmənin istənilən səhvinə qətiyyətlə cavab verməyə 100 faiz hazırıq", - deyə o qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin liderləri ilə BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəyini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini bildirib.

"Axios" portalı isə həmin görüş zamanı Trampın İranla müharibədə atılacaq növbəti addımları da müzakirə edəcəyini yazıb.

ABŞ Prezidenti İran ərazisinə yeni zərbələrin endirilməsi ehtimalını da istisna etməyib. "Mənim qarşıda mühüm qərar qəbul etməyim lazımdır. Onları məhv etmək istəyirəm, yoxsa yox? Bu, ciddi qərardır. Mən istənilən qərarı verə bilərəm", – deyə Tramp "Axios" portalına bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]