"İran ABŞ ilə saziş bağlamaq istəyir" Tramp belə deyir bəs İran?

19-09-2026, 11:34           
"İran ABŞ ilə saziş bağlamaq istəyir" Tramp belə deyir bəs İran?
İran davam edən münaqişə fonunda ABŞ-la saziş bağlamağa çalışır.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalına müsahibəsində bildirib.

“Hazırda onlar saziş bağlamaq istəyirlər”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, əgər saziş yanlış olacaqsa, onu nəzərdən keçirməyəcək: “Amma hazırda onlar saziş bağlamaq istəyirlər, çünki bütün sahələrdə uduzurlar”.

Tehrana qarşı mümkün hərbi əməliyyatlar və İrana dair “məhv etmək” ifadəsi ilə bağlı son açıqlamaları barədə suala cavab verən Tramp “Görək, nə baş verəcək” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]