Geosiyasi mənzərə dəyişir: ABŞ müharibə bitmədən Rusiya ilə müqavilə imzalayır?

18-09-2026, 16:16           
Geosiyasi mənzərə dəyişir: ABŞ müharibə bitmədən Rusiya ilə müqavilə imzalayır?
ABŞ Prezidenti Donald Trampın komandası Moskva ilə aparılan danışıqlarda yeni strategiya kimi Ukrayna müharibəsi bitməmiş Rusiya ilə biznes müqavilələri imzalamaq variantını müzakirə edir.

Bu barədə "The New York Times" nəşri öz mənbələrinə əsaslanaraq məlumat yayıb.

ABŞ rəsmisi nəşrə açıqlamasında qeyd edib ki, belə müqavilələr Vaşinqtonun Moskva ilə əlaqələri bərpa etmək istəyində ciddi olduğunu nümayiş etdirəcək. Qəzetin vurğuladığına görə, sözügedən strategiya Trampın bundan əvvəlki tutduğu mövqedən fərqli xarakter daşıyır.

Müzakirələrə yaxın olan iki mənbənin qəzetə verdiyi məlumata əsasən, Vaşinqton artıq müharibənin sonunu gözləmədən Rusiya ilə razılaşmaların əldə olunmasını istisna etmir. Nəşrin təhlilinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner Rusiya tərəfini döyüşləri dayandırmağa təşviq edəcək yeni üsullar üzərində işləyirlər. Qəzet əlavə edir ki, hazırda konkret olaraq hansı müqavilələrin nəzərdə tutulduğu barədə heç bir məlumat mövcud deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]