Ermənilər Dərbəndi qraf Zubova necə satdılar
21-09-2026, 16:55

Qraf V.A. Zubovun qoşunları Dərbəndə gəlməzdən əvvəl kazak generalı Savelyev orada bir neçə ay kiçik bir korpusla qalmışdı. (Savelyevin dəstəsi 1795-ci ilin payızından Ağa Məhəmməd xanın gözlənilən ikinci işğalı ilə əlaqədar Dağıstanda idi - Red.)
- Lakin çoxsaylı qoşunlar gələn kimi, Dərbənddəki 100 evə qədər varlı ermənilər, rus elanlarının boşa getməyəcəyini və şəhərin gec-tez fəlakətlərdən xilas olmaq üçün ələ keçiriləcəyini görərək, dərhal rus qoşunlarına şəhəri qan tökülmədən ələ keçirməyə kömək etmək üçün öz aralarında gizli bir şura qurdular və bu məqsədlə bir ermənini razı saldıqdan sonra onu gecə qalanın arxasına iplə endirdilər ki, o, həm qala yerlərini, həm də qalanın arxasında olan və bütün şəhəri su ilə təmin edən bulağın yerini göstərsin. Su başqa istiqamətə yönəldilsəydi, vətəndaşlar demək olar ki, bir gün yaşaya bilməzdilər. Bu erməni rus düşərgəsinə sağ-salamat çatdı və qrafa təqdim olunduqdan sonra tərcüməçi vasitəsilə ona səfirliyinin səbəbini bildirdi.
(Artemiy Araratskinin həyatı. Qrafın mətbəəsi tərəfindən nəşr olunmuş, 1813, Sankt-Peterburq. K. Qriqoryan tərəfindən R. Orbelinin iştirakı ilə redaktə edilmişdir. Leninqrad, 1980, səh. 125)
Эльдар Тагиев

