KİV: RSK-nın müşayiəti ilə erməni mövqelərinə təminat daşınır - Video

5-07-2023, 16:45           
KİV: RSK-nın müşayiəti ilə erməni mövqelərinə təminat daşınır - Video
Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınmasının görüntüləri yayılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması müşahidə olunur.
Qeyd edək ki, vaxtaşırı yerli KİV-də Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınmasını əks etdirən kadrlar yayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]