Rusiya BMT nümayəndələrini Kaxovka SES-in ərazisinə buraxmayıb

19-06-2023, 10:44           
Rusiya BMT nümayəndələrini Kaxovka SES-in ərazisinə buraxmayıb
Rusiya BMT nümayəndələrini Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilindəki ərazilərə buraxmayıb.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bildirib.

Braun Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə uyğun hərəkət etməyə çağırıb.

"Rusiya hökuməti indiyədək müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə girişlə bağlı müraciətimizi rədd edib. BMT lazımi girişin əldə edilməsi üçün fəaliyyətini davam etdirəcək. Biz ehtiyacı olan insanlara yardım göstərməkdən imtina edə bilmərik", - BMT-nin humanitar koordinatoru deyib.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib. Son məlumatlara görə, Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]