Nikol "sülh" desə də... - Ermənistanın Azərbaycana qarşı gizli planı üzə çıxdı - FOTOFAKT

5-06-2023, 10:31           
Nikol "sülh" desə də... -
İrəvanda “Respublika Meydanı” metrostansiyasının divarından götürülən “böyük ermənistan”ın xəritəsi yenidən bərpa edilib.

Publika.az xəbər verir ki, bir neçə gün öncə məlum xəritə metrostansiyanın girişindəki divardan götürülmüş, yerinə reklam monitoru qoyulmuşdu.

Bu addım Ermənistanın Azərbaycan və Türkiyə də daxil olmaqla qonşu ölkələrə qarşı ərazi iddiasından imtinası kimi dəyərləndirildi. Hazırda aparılan sülh danışıqları prosesi, o cümlədən, Ermənistanın Türkiyə ilə münasibətlərinin düzəlməsi istiqamətindəki səyləri bu addımın müsbət qiymətləndirilməsinə səbəb oldu. Lakin cəmi bir neçə gün sonra xəritənin bərpa edilməsi Ermənistanla normal münasibətlər perspektivini də sual altına salır.

Xəritədə Azərbaycan, Türkiyə, Gürcüstan və İran əraziləri “böyük ermənistan”a daxil edilib.

Bu xəritənin yenidən sərgilənməsi göstərir ki, ermənilərin gizli planı həmişə aktualdır. Ermənistan hazırda nə qədər sülh tərəfdarı kimi görünsə də, əslində “böyük ermənistan” planlarından vaz keçmir və nə vaxtsa imkan yarananda yenidən ərazi iddialarını gündəmə gətirəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]