ADI VAR ÖZÜ YOX! Zəhra Bədəlbəyli rəhbərlik etdiyi Uşaq Fondunda tanıyan varmı?
22-11-2026, 10:04

hansı işləri görüb?
Bəzən bir hadisə baş verir və illərdir verilməyən suallar birdən-birə gündəmə gəlir.
Azərbaycan Uşaq Fondunun Hökumət Evindəki ofisinin boşaldılması məsələsi də məhz belə hadisələrdəndir.
Zəhra Bədəlbəyli bildirir ki, rəhbərlik etdiyi fondun ofisi boşaldılır. Əmlak Məsələləri Dövlət Xidməti isə bunun səbəbini fonda ayrılmış sahədən səmərəli istifadə edilməməsi və kommunal-istismar borclarının ödənilməməsi ilə izah edir.
Mənim isə bu məsələdə daha vacib bir sualım var: Bu fond indiyə qədər hansı uşağa nə verib?
Kimlər yararlanıb bu fondun xidmətindən?
Bu gün ölkədə şəhid övladları, qazi ailələri və kimsəsiz uşaqlar var ki, onların sosial problemlərinin həlli üçün cəmiyyət səfərbər olur.
İmkansız ailələr övladlarının müalicəsi, təhsili və gündəlik ehtiyacları üçün çarəsiz qalıb TikTok kimi sosial platformalarda insanlara üz tutur, qəpik-quruş yardım toplayırlar.
Belə bir reallıq fonunda "Azərbaycan Uşaq Fondu" adlı bir fonda rəhbərlik edən Zəhra Bədəlbəylinin səsinin-sorağının çıxmaması ciddi suallar doğurur.
Bəs belə bir vaxtda adı Uşaq Fondu olan təşkilatın konkret fəaliyyəti haradadır və nədən ibarətdir?
Mən iddia etmirəm ki, bu fond heç bir uşağa kömək etməyib. Amma cəmiyyətin qarşısında elə bir ciddi hesabat olmalıdır ki, insanlar fondun fəaliyyətini görə, konkret nəticələri ilə tanış ola bilsinlər. Neçə uşağa yardım edilib?
Nə qədər vəsait toplanıb?
Nə qədər vəsait uşaqların müalicəsinə, təhsilinə və sosial müdafiəsinə xərclənib?
Hansı layihələr həyata keçirilib?
Bu sualların cavabı ictimaiyyətə açıq olmalıdır.
Yox bunlar edilməyibsə Uşaq fonduna ayrılan maddi vəsaitlər hardadır?
Araşdırma zamanı Zəhra Bədəlbəylinin Fərhad Bədəlbəylinin qızı olduğu və uzun illər bu təşkilatın rəhbərliyində çalışdığı barədə məlumatlar da diqqət çəkir.
Fərhad Bədəlbəyli çıxışında qeyd edirdi ki, şah və mat.İndi hörmətli Fərhad müəllim qızınızın rəhbərlik etdiyi fond deyəsən xalqın,dövlətin pulunu mat edib.
Uşaqların gələcəyi üzərindən qurulan heç bir fond hesabatdan kənarda qala bilməz. Bu ölkədə uşaqların adını daşıyan hər təşkilat ilk növbədə uşaqlara hesabat verməlidir.
Sima Babayeva
TEREF

